
2022-ci ilə qədər Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri vəzifəsində çalışan məşhur amerikalı aktrisa Ancelina Coli Qəzza ilə bağlı təəccüblü açıqlamalar verib.
Gununsesi.info xəbər verir ki, dünyaca məşhur amerikalı aktirisa bəzi insanlar üçün ədalətin olmadığını bildirib.
“Məsələn qida yardımından danışaq. Bəzi insanlara 6 faiz, bəzi insanlara 50 faiz belə yardım göstərilir. Biz bəziləri üçün “ədalət” deyirik, bəziləri üçün isə ədalət yoxdur. Bəzilərinə cinayətlərin hesablarını soruşurlar. Bəzilərinə isə qazanc üçün toxunulmur.Bu da dünyamızın hər gün daha çox müşahidə etdiyimiz eybəcər simasıdır. Dünya qırılma nöqtəsindədir. Mən bu məsələdə təmiz olan bir ölkə varmı bilmirəm”,-o, deyib.
Gununsesi.info