ŞOK: Xəstəxanada ölən dilənçinin evindən görün nələr çıxdı?

İraqın paytaxtı Bağdadda səhhətindəki problemlər səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin öləndən sonra milyonçu olduğu ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, dilənçinin ölümündən sonra onun iki bacısı onun vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar. Onlar bacılarına məxsus pul və qızılları maşına yükləyərkən məhəllə muxtarı tərəfindən yaxalanarkən hadisə yerinə polis çağırılıb.

Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul da tapılıb. Polis ölən qadının bacılarını saxlayıb.

Qadının qonşuları dilənçiliklə çörəkpulu qazanan qadına çox kömək etdiklərini, tənha qadına daim yemək verdiklərini bildiriblər. Ölən qadının oğlunun polis əməkdaşı olduğu iddia edilib.

Gununsesi.info