Türklərin sıx yaşadığı ərazidə böyük ŞOK: 3 uşaq atasını anasının gözü qarşısında güllələdilər

Türklərin sıx yaşadığı Almaniyanın Mannheim şəhərində böyük şok yaşanıb. Üç qız atası olan Özkan üst geyimsiz əlində bıçaqla küçəyə çıxıb və qışqırmağa başlayıb. Bunun üzərinə polis çağırılıb.

Gununsesi.info xəbər verir ki, Ertekin Özkanın qarşısına çıxan polis qrupu “Silahı at”, “Axmaq olma” qışqırıb. 5-6 nəfərlik polis qrupu Özkana yaxınlaşmayıb və sadəcə silahı ona doğrultaraq qışqırıb.

Həyat yoldaşından ayrı yaşadığı öyrənilən türkiyəli 3 uşaq atası polisə doğru bir neçə addım atarkən 4 silah səsi eşidilib.

Ağır yaralanaraq yıxılan Ertekin Özkan daha sonra aparıldığı xəstəxanada dünyasını dəyişib. Bu arada hadisəni izləyən türklər alman polisinə etiraz ediblər. Sakinlər polisin onu anasının gözünün qarşısında vurduğunu bildirib.

Özkanın əvvəllər narkotik müalicəsi aldığı, lakin sonradan yenidən müalicəyə başladığı bildirilib.

Bu arada Ertekin Özkanın anasının bu hadisədən sonra böyük şokda olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Gununsesi.info