Rusiyanın kosmik proqram uğursuzluğu: Kosmik şirkətin rəhbəri həbs edildi

Rusiyanın 47 ildən sonra “Luna-25” kosmik gəmisinin qəzaya uğramasından sonra ölkədə fəaliyyət göstərən kosmik şirkətin rəhbəri dələduzluq ittihamı ilə həbs edilib.

Gununsesi.info-nun məlumatına görə, TASS xəbər agentliyi hüquq-mühafizə orqanlarının naməlum əməkdaşına istinadən xəbər verir ki, Fomiçev həbs edilib, dindirilib və 10 ilədək həbs cəzası ala biləcək külli miqdarda dələduzluqda ittiham olunub.

Fomiçevin rəhbərlik etdiyi “NPP Geophysics-Cosmos” şirkəti kosmik gəmilər üçün optik-elektron istiqamətləndirmə və naviqasiya cihazları istehsal edir.

Avqust ayında “Luna-25” kosmik gəmisinin Aya eniş etmək istəyərkən səthə düşməsi ilə Rusiyanın kosmik proqramı böyük uğursuzluqla üzləşib.

Rusiyanın 47 illik kosmos araşdırmaları tarixində ilk dəfə Ayın missiyasını yerinə yetirə bilməyən hadisə ilə bağlı aparılan araşdırmada gəmidəki idarəetmə blokunda nasazlıq olduğu üzə çıxıb.

Bu son insident Rusiyanın kosmik proqramında korrupsiya iddialarının artması ilə bağlı narahatlığı daha da artırıb.

Gununsesi.info