
İsrailin hərbi nazirləri və Təhlükəsizlik Kabineti HƏMAS ilə mümkün əsir mübadiləsi və müvəqqəti atəşkəs məsələsini müzakirə etmək üçün görüşəcək.
Gununsesi.info-nun məlumatına görə, “Times of Israel” qəzetinin adı açıqlanmayan mənbəyə əsaslanaraq verdiyi xəbərdə hərbi kabinetinin bu axşam Tel-Əvivdə ilk dəfə toplanacağı bildirilib.
Bildirilib ki, Müharibə Nazirlər Kabinetinin iclası başa çatdıqdan sonra Təhlükəsizlik Kabinetinin üzvləri bir araya gələcək.
Hər iki görüşdə HƏMAS ilə mümkün əsir mübadiləsi və müvəqqəti atəşkəs məsələlərinin də müzakirə olunacağı qeyd edilib.
Bu hadisələr İsrail tərəfində cərəyan edərkən, Fransanın AFP xəbər agentliyi HƏMAS-ın İsraillə yeni girov mübadiləsi razılaşmasına ilkin razılıq verdiyini açıqlayıb.
Qətərdən İsrailin Qəzzada törətdiyi qırğınları 35 gün dayandıracaq və əsir mübadiləsini ehtiva edən təkliflə bağlı yeni açıqlama gəlib. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü İsrail tərəfinin təklifi qəbul etdiyini açıqlayıb. XİN rəsmisi HƏMAS-ın da təklifə müsbət yanaşdığı mesajını verib. HƏMAS daha əvvəl onlara 3 mərhələli plan təklif edildiyini açıqlayıb.
Gununsesi.info