Zelenski İsveçrəyə səfərə gedib

Vladimir Zelenski İsveçrəyə səfərə gedib. Ukrayna prezidenti səfər zamanı ölkə liderləri ilə görüşəcək və Davos Forumunda iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, o, bazar ertəsi “Telegram”da yazıb.

“Mən həmçinin oğurlanmış uşaqların geri qaytarılması, sanksiyalar və dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizmlərinin axtarışı, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq, Ukraynanın maliyyə dəstəyi və bərpası barədə danışacağam”, – o qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Davosda o, “Avroatlantik inteqrasiyamızın dinamikasını dəstəkləmək üçün Aİ və NATO nümayəndələri ilə, həmçinin müdafiə və Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün dövlətlərin və iri biznes qurumlarının rəhbərləri ilə mühüm ikitərəfli görüşlər keçirəcək”.

Gununsesi.info