Ukrayna tələb etdi, Argentina polisi rusu saxladı

Argentina polisi Kiyevin tələbi ilə rusiyalını saxlayıb, onun Ukraynaya mümkün ekstradisiyası məsələsi üzrə məhkəmə prosesi gözlənilir.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Buenos-Ayresdəki səfirliyinin konsulluq şöbəsinin rəhbəri Nataliya Pustovalova “RİA Novosti”yə bildirib.

“Səfirliyə Ezeiza Beynəlxalq Hava Limanında polisdən rəsmi bildiriş daxil olub ki, yanvarın 30-da Ukrayna İnterpolunun sorğusu əsasında ailəsi ilə birlikdə Argentinaya turizm məqsədi ilə gələn Rusiya vətəndaşı İ.İ.Çurkinin saxlanılıb.

Yaxın 45 gün ərzində məhkəmə iclası keçiriləcək və orada rusiyalının Ukraynaya ekstradisiya edilib-edilməməsi ilə bağlı qərar veriləcək”, – Pustovalova bildirib.

Gununsesi.info