
Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa İttifaqı (Aİ) ölkəsində və bütün Avropada günlərdir davam edən fermer etirazlarına görə bütün məsuliyyəti öz üzərinə götürə bilməz.
Gununsesi.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və İsveçin baş naziri Ulf Kristersson İsveçin paytaxtı Stokholmda birgə mətbuat konfransında danışıblar.
Makron əsasları 2017-ci ildə qoyulan iki ölkə arasında iqtisadi, sənaye və müdafiə sektorlarında, eləcə də innovativ əməkdaşlığı gücləndirəcəklərini bildirib.
Makron qeyd edib ki, İsveç və Fransa mülki nüvə enerjisi sahəsində əməkdaşlığın təkmilləşdirilməsinə sadiqdirlər.
O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya maliyyə və hərbi dəstəyi azaltsa, Avropa bu vəziyyətin “nəticələrinin” qarşısını almaq üçün “təşkil etməlidir”.
Fransa və bir çox Avropa ölkələrində davam edən fermer etirazları və fermerlərin AB-nin kənd təsərrüfatı siyasətlərindən narazılığı ilə bağlı jurnalistlərin suallarını cavablandıran Makron, “Hər şeyi Avropa İttifaqının üzərinə atmaq asan olardı” deyib.
“Avropa İttifaqının ümumi kənd təsərrüfatı siyasəti olmasaydı, fermerlərimizin gəliri olmazdı”, o əlavə edib.
“Etirazlar zamanı Aİ-nin tənqidi “real” olmalıdır”, – Makron bildirib.
Onun sözlərinə görə, Ukraynadan quş ətinin idxalı Aİ çərçivəsində tənzimlənib və İttifaqın qaydaları “sadələşdirilib”. Fransa AB ilə Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) arasında bağlanacaq ticarət müqavilələrinə qarşı çıxır ki, bu ölkələrin Aİ ilə “vahid qaydaları” yoxdur.
İsveçin baş naziri Kristersson qeyd edib ki, “dünyada təhlükəsizlik vəziyyətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar NATO ölkələri arasında əməkdaşlıq daha da vacib olub”. O, “Avropanın ən güclü ölkələrindən biri” adlandırdığı Fransa ilə nüvə enerjisi, meşə təsərrüfatı və təhlükəsizlik sahələrində tərəfdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Baş nazirlə görüşdən əvvəl Makron İsveç kralı XVI Karl Qustavla görüşüb.
Gununsesi.info