Ankara və Stokholm İsveçin NATO üzvlüyünün ratifikasiyasını müzakirə edib

  • By ilhame
  • 01 Fevral 2024 22:41

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin xarici işlər naziri Tobias Billström ilə adıçəkilən ölkənin NATO-ya qəbulu prosesini müzakirə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, telefon danışığı zamanı nazirlər İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası prosesini, həmçinin Türkiyə-Finlandiya-İsveç Daimi Birgə Mexanizminin qarşıdan gələn iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

 

Nazirlər, həmçinin Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıblar.

Gununsesi.info