İsrail Haaqa Məhkəməsinə baxmayaraq müharibəni davam etdirəcək

  • By ilhame
  • 14 Yanvar 2024 09:12

“İsrail, Beynəlxalq Haaqa Məhkəməsinin təzyiqlərinə baxmayaraq, qələbə çalana qədər Fələstinin HƏMAS hərəkatı ilə mübarizəni davam etdirəcək”.

 

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

 

“Bizi heç kim dayandıra bilməz – nə Haaqa, nə İran, nə də başqa heç kim”, – İsrailin baş naziri əlavə edib.

 

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar daxil olmaqla 200-dən çox İsrail vətəndaşının terrorçular tərəfindən girov götürülməsi ilə müşayiət olunub.

 

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib.

Gununsesi.info