Azərbaycanın U-21 millisi məğlub olub

  • By ilhame
  • 07 İyun 2024 23:03

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

 

Gununsesi.info-nun məlumatına görə, səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələn Samir Əliyevin baş məşqçisi olduğu yığma 2:3 hesabı ilə məğlub olub.

 

Bratislavadakı Senec Məşq Mərkəzində baş tutan matçda yığmamızın qollarını 70-ci dəqiqədə Samir Abdullayev, 89-cu dəqiqədə isə Ağadadaş Salyanski vurub.

 

Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.

Gununsesi.info