
“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Faiq Hacıyev daha 1 il qərb təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, tovuzlular daha əvvəl Oto Con, Sadiq Quliyev, Alexandro Serrano, Emmanuel Hakman, Aleks Souza və Şəhriyar Əliyevlə yeni müqavilə imzalayıb.
Gununsesi.info