Simonyan: Ermənistan heç bir ölkə ilə hərbi bazanın yerləşdirilməsinə dair danışıqlar aparmır

  • By ilhame
  • 07 İyun 2024 19:27

Ermənistan heç bir ölkə ilə hər hansı hərbi bazanın yerləşdirilməsi və ya strateji müttəfiqliyə qoşulması ilə bağlı müzakirələr, danışıqlar aparmır.

 

Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin son bəyanatına münasibət bildirərkən deyib.

 

O, M.Qaluzinin Ermənistanın Qərb ölkələrinin milli məlumat bazalarına çıxışla mümkün təmin edilməsi barədə bəyanatını “absurd” adlandırıb.

 

A.Simonyan həmçinin Ermənistana qarşı birbaşa və dolayı təhdidlərə son qoymağa çağırıb.

Gununsesi.info