
Dünyanın ən yaşlı iti Bobi Portuqaliyada ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytındakı mesajda deyilir.
Məlumata görə, it Portuqaliyanın Kokeyros kəndində sahiblərinin ailə fermasında ölüb.
Bobinin 31 il 165 gün yaşadığı bildirilir.
O, 2023-cü ildə dünyanın ən yaşlı yaşayan iti və ən yaşlı iti elan edilib.
Gununsesi.info