2023-cü il tarixdə ən isti il ​​ola bilər

2023-cü il tarixdə istilərin rekord həddə çatdığı  il ​​ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kopernik” İqlim Dəyişikliklərini Müşahidə Proqramı məlumat yayıb.

“Kopernik”in məlumatına  görə, 2023-cü ilin ilk 9 ayı ən isti ilin qeydə alındığı 2016-cı ilin göstəricisini 0,05 dərəcə ötərək rekord həddə çatıb.

Ötən ay havanın temperaturu 16,38 dərəcə olub ki, bu da orta səviyyədən 0,93 dərəcə yüksəkdir.

Bu, 2020-ci ilin ən isti sentyabr ayı ilə müqayisədə 0,5 dərəcə çoxdur. Beləliklə, 2023-cü ilin sentyabrı ən isti sentyabr ayı kimi qeydə alınıb.

Avropa üçün də ötən ay ən isti sentyabr ayı olub: havanın temperaturu 2020-ci illə müqayisədə 1,1 dərəcə artıb.

Səid Əhmədli
Gununsesi.info