
“Tehranda keçirdiyimiz görüşün ilk nailiyyəti ölkələrin xarici işlər nazirləri ilə məsləhətləşmələr aparmaq oldu”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə İranin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşünün yekunlarından sonra deyib.
Nazir bildirib ki, eyni zamanda, İran prezident İbrahim Rəisi ilə İsrailin hərbi cinayətlərinin təcili dayandırılması, humanitar yardımların çatdırılması və Qəzzada yaşayan Fələstin xalqının məcburi köçünün qarşısının alınması məsələləri ətrafında konstruktiv müzakirələr aparılıb.
“İkinci qazanc isə odur ki, İran İsrailin Qəzzaya hücumları davam edərkən Qafqaz sammitinə ev sahibliyi etməklə Cənubi Qafqazdakı proseslərə də önəm verdiyini göstərir”, – deyə o qeyd edib.
“Bizim keçirdiyimiz sammitin şüarı Cənubi Qafqazda inkişaf, əməkdaşlıq və sülh zamanıdır. Ümid edirəm ki, bu sammitdən sonra Cənubi Qafqazda bir daha zorakılıq dili olmayacaq və Türkiyədə keçiriləcək görüşdən sonra Bakıda və İrəvanda 3+3 formatında görüşlər keçirmək istəyirik”– deyə nazir bildirib.
Səid Əhmədli
Gununsesi.info