Pentaqon: Ukrayna ABŞ-ın əsas prioritetidir

Ukrayna Amerika Birləşmiş Ştatları üçün bir nömrəli vəzifə olaraq qalır.

Gununsesi.info xəbər verir ki, bunu sentyabrın 17-də Amerikanın Səsi radiosuna müsahibəsində ABŞ Müdafiə Nazirliyinin müşahidə agentliyinin rəhbəri Robert Storç deyib.

“Dünyada Pentaqonun cavab verməsini tələb edən çox şey baş verir. Ancaq Ukrayna mütləq bir nömrəli işdir. Mən həmişə deyirəm ki, bu, ofisim və həmkarlarımın ən böyük prioritetidir”, -deyə Ştorç bildirib.

O, bildirib ki, rəhbərlik etdiyi şöbədə 200-dən çox adam Ukrayna məsələləri ilə birbaşa məşğul olur.

Onların bəziləri Almaniyada, Polşada yerləşir, Kiyevdəki səfirlikdə müstəntiqlər və proqram müşahidəçiləri var: “Dövlət Departamentindən və USAİD-in təftişlərindən olan tərəfdaşlarımızı əlavə etsəniz, ABŞ hökumətindən 300-400 nəfər olacaq”.

O, qeyd edib ki, onun xidməti hərbi texnikanın Ukraynaya göndərilməyə hazırlığını yoxlayır. Sonra daşınma prosesinə, sonra isə son istifadəyə nəzarət edir. Amerikanın müdafiə təchizatının artırılmasına və Ukrayna əsgərlərinin təlimlərinə də nəzarət edilir.

Storç vurğulayıb ki, departament Amerika silahlarının ötürülməsi və istifadəsi prosesini diqqətlə izləyir.

 

 

Gununsesi.info