Bakıda daha bir məktəbin direktoru işdən çıxarıldı

  • By Günel
  • 17 Sentyabr 2024 18:26

Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

Gununsesi.info Oxu.az – a istinadən xəbər verir ki, Yaqut Əfəndiyeva işdən çıxarılıb.

O, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

Məlumatı məktəbdən təsdiq ediblər. Bildirilib ki, hazırda direktorun səlahiyyətlərini təlim-tərbiyə işləri üzrə direktor müavini Bəkirova Gülnarə Ələsgər qızı icra edir.

Qeyd edək ki, Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova da vəzifəsindən azad edilib.

Gununsesi.info