
Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd J.D.Vens keçmiş dövlət katibi Hillari Klintonun bəyanatlarına cavab olaraq demokratları mövqelərini bölüşməyənlərə qarşı senzuranı yumşaltmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
“Demokratlar, mən bu ölkənin hər bir liderini təkcə ritorikanı azaltmağa deyil, senzuranı yumşaltmağa çağırıram. Gəlin bir-birimizlə müzakirə edək”.
Vens xatırladıb ki, keçmiş dövlət katibi Klinton medianı respublikaçılar tərəfindən yayıldığı iddia edilən “dezinformasiya”nın kifayət qədər işıqlandırmamasına görə tənqid edib, həmçinin amerikalıları bu cür hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
Vensə görə, bu, faktiki olaraq o deməkdir ki, Klinton onun fikri ilə razılaşmayan hər kəsi susdurmaq istəyir.
Bundan əvvəl Hillari Klinton Donald Trampa sui-qəsd cəhdini şərh edərkən baş verənlərdə onun günahına eyham vurmuşdu.
O, Trampın hücumun hazırkı dövlət başçısı Co Bayden və vitse-prezident Kamala Harrisin ritorikasından qaynaqlandığına dair iddiasını tənqid edərək, siyasətçinin özünün “insanları qəzəbləndirdiyini” qeyd edib.
Gununsesi.info