İnstagram-dan “Gənclik hesabı” tətbiqi: Yetkinlik yaşına çatmayan istifadəçilər üçün yeni məhdudiyyətlər

  • By Günel
  • 18 Sentyabr 2024 10:57

 İnstagram 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. Gənclik hesabları adlanan tətbiq çərçivəsində azyaşlı istifadəçilərin məzmuna girişi və digər istifadəçilərlə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeni hesablar ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada sentyabrın 17-dən qüvvəyə minib.

İnstaqramın sahibi Meta-nın internet saytından verilən açıqlamaya görə, yeni hesablar 2024-cü ilin sonuna doğru Avropa Birliyində qüvvəyə minəcək.

Meta rəsmiləri bildiriblər ki, yanvar ayından etibarən digər ölkələrlə yanaşı, Türkiyədə də “gənclik hesabları” istifadə edilməyə başlanacaq.

Yeni tədbirlər çərçivəsində “gənc hesab” istifadəçilərinin hesabları avtomatik olaraq gizli olacaq. Beləliklə, yalnız istifadəçilər tərəfindən qəbul edilən izləyicilər paylaşdıqları məzmunu görə və onlarla əlaqə saxlaya biləcəklər.

Eyni şəkildə, 18 yaşından kiçik istifadəçilər yalnız izlədikləri insanlara mesaj göndərə biləcəklər.

Bu proqramla İnstagram yeniyetmələrin “Explore” və “Reels” sahələrində qarşılaşa biləcəkləri məzmunu da süzgəcdən keçirəcək. Beləliklə, zorakı məzmun və ya kosmetik məhsul reklamları kimi “həssas məzmun” bu yaş qrupu üçün daha az görünəcək.

“Gənclik hesabları” 18 yaşdan kiçik istifadəçilərə də vaxt xəbərdarlığı verəcək. Belə ki, günlük 60 dəqiqəni aşan istifadəçilərə tətbiqdən çıxmalarını bildirən bildirişlər göndəriləcək.

Bundan əlavə, 18 yaşından kiçik hesablar 22:00-07:00 arasında “yuxu rejiminə” keçəcək. Bu müddət ərzində daxil olan bildirişlər susdurulacaq və mesajlara avtomatik cavab veriləcək.

Yetkinlik yaşına çatmayan istifadəçilərin valideynləri öz hesablarına nəzarət edə, uşaqlarının parametrlərini idarə edə biləcəklər. Valideynlər övladlarının hansı məzmun başlıqlarını seçdiyini görə biləcəklər.

Valideynlər, həmçinin övladlarının son bir həftədə hansı istifadəçilərlə mesajlaşdığını görə biləcəklər. Lakin o, mesajların məzmununa daxil ola bilməyəcək.

Bildirilib ki, bu texnologiyalar sayəsində yetkinlik yaşına çatmış doğum tarixləri ilə platformaya qeydiyyatdan keçən yeniyetmələr müəyyən ediləcək və onların hesabları məhdud hesablara çevriləcək.

Gununsesi.info