
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə mümkün qədər yaxınlaşıb, çünki bu struktur respublikanın qaldırdığı suallara cavab vermir.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın II Qlobal Sammitində baş nazir Nikol Paşinyan bildirib.
“KTMT qaldırdığımız suallara nə qədər uzun müddət cavab verməsə, təşkilatla münasibətlərin geri dönüşü olmayan nöqtəsi bir o qədər yaxınlaşır”– deyə o, əlavə edib.