Ermənistan Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil

Ermənistan Avrasiya İqtisadi İttifaqı və ya Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil, lakin ölkə qarşısında iqtisadiyyatını diversifikasiya etmək vəzifəsi durur.

Gununsesi.info  xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib: “Bəli, biz Aİİ ilə ticarət dövriyyəmizi artırmışıq, Aİ ilə də onu artırmaq istəyirik”.

Onun “İnterfaks”a istinadən verdiyi məlumata görə, iqtisadiyyatın diversifikasiyası Ermənistan hakimiyyətinin “həm Avropa İttifaqı, həm də ABŞ ilə işlədiyi” prosesdir.

Paşinyan onu da bildirib ki, real qoşulmaq fürsəti yarananda Ermənistan Aİ-yə üzv olmaq şansını əldən verməyəcək.

 

 

Gununsesi.info