Partlayışda ölənlərdən 28-i “Taliban”çıdır

Kabil hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvüdür.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Hadisə nəticəsində 103 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.