
Kabildə baş vermiş son bir neçə partlayış ABŞ hərbçiləri tərəfindən öz avadanlıqlarını məhv etmək məqsədilə həyata keçirilib.
Gununsesi.info “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Taliban” nümayəndəsi Zabihullah Mücahid bildirib.
O, hazırda əhali üçün təhlükə olmadığını söyləyib:
“Kabil hava limanının yaxınlığında partlayış səsləri eşidilib. Bunlar avadanlıqlarını məhv etmək üçün ABŞ ordusu tərəfindən həyata keçirilib. Kabil sakinlərinin narahat olmalarına səbəb yoxdur”.
Qeyd edək ki, ötən gün Kabildə törədilən 6 partlayış nəticəsində azı 100 nəfər ölüb, onlardan 12-si ABŞ hərbçisidir.