Kabildəki terrorun İŞİD tərəfindən törədildiyi ehtimal edilir

  • By admin
  • 26 Avqust 2021 20:03

Britaniya Kabildə törədilən terror aktının İŞİD terror təşkilatının Əfqanıstan qolu olan Vilayət Xorasan tərəfindən törədildiyini düşünür.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” nəşri hərbi mənbələrə istinadən yazıb.

 

Nəşr qeyd edir ki, Kabildə baş verən partlayışlara baxmayaraq, Britaniya hökuməti Əfqanıstanda olan vətəndaşlarının təxliyəsinin dayandırılması barədə  hələ də yekun qərar verməyib. Bildirilir ki, məsələ Baş nazir Boris Consonun rəhbərliyi altında təcili çağırılan fövqəladə hökumət komitəsinin iclasında müzakirə olunacaq.

 

“Politico” nəşri də Amerika administrasiyasındakı mənbəyə və məlumatlı şəxslərə istinadən Kabil hava limanında baş verən partlayışa görə İŞİD terror təşkilatının məsuliyyət daşıdığını bildirib.

Gununsesi.info