Aİ-də yetkin əhalinin 2/3 hissəsi vaksinasiya olunub

Avropa İttifaqı ölkələrində vaksinasiya olunanların sayı 244.5 milyon nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İttifaqın xəstəliklərə nəzarət və profilaktika mərkəzindən məlumat yayılıb.

Bildirilib ki, yetkin əhalinin 66.8%-nin peyvəndlənməsi artıq başa çatıb.

Qeyd edilib ki, hazırda vaksinasiya səviyyəsinə görə Malta (90.3%), İrlandiya (85.5%) və Danimarka (83.5%) Aİ ölkələri arasında liderdir.