
Qərb ölkələri Əfqanıstandan xarici və bəzi yerli vətəndaşların təxliyəsini dayandırır.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Kabil aeroportundan avqustun 27-si axşam sonuncu təxliyə reysini həyata keçirəcəyini bildirib.
Polşa, Danimarka və Belçika prosesi artıq yekunlaşdırdıqlarını açıqlayıb. Böyük Britaniya və Almaniya da yaxın günlərdə Kabil aeroportundan reyslərə son qoyacaq.
Xarici jurnalistlər Əfqanıstandan çıxarılmayacaq yüzminlərlə insanın “Taliban” hərəkatı tərəfindən edam oluna biləcəklərini yazır.