Eldar Mahmudovun həbsdən çıxan adamı yenidən məsuliyyətə cəlb olundu

  • By admin
  • 20 Avqust 2021 15:08

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin  sabiq şöbə rəisi Vüsal Ələkbərov cinayət məsuliyyətinə cəlb olunub . 

Gununsesi.info xəbər verir ki, V. Ələkbərov AR Cinayət Məcəlləsinin 182.3, 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən sonra “MTN İşi” çərçivəsində həbs edilən Vusal Ələkbərov da məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.
2018-ci ildə həbsdən azad olunan V. Ələkbərov yenidən həmin maddələrlə məsuliyyətə cəlb olunub.

 

Gununsesi.info