
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Gununsesi.info-ya özəl mənbələrdən bildirilib.
Məlumata görə, S. Ələkbərov AR Cinayət Məcəlləsinin 182.3, 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə məsuliyyətə cəlb olunub.
Əslən Tovuz rayonundan olan Sahib Ələkbərov MTN-də “işgəncələr kralı” kimi tanınıb.
Qeyd edək ki, Eldar Mahmudovun mütəşəkkil dəstəsinin ifşasından sonra Sahib Ələkbərov xüsusi xidmət orqanlarından qovulub.
Gununsesi.info