
Kabil hava limanında baş verən partlayışlarda ölənlərin sayı 15-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Afghanistan Times” nəşri yazıb.
***
18:39
Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə “Taliban” hərəkatı məlumat yayıb.
***
18:32
Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən hava limanının girişində partlayış törədilib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi məlum olub.
İlkin məlumata görə, partlayış zamanı 2 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Terror aktı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Gununsesi.info