Bayden hədələdi: “Qisas alacağıq...”

ABŞ Prezidenti Co Bayden ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışlar nəticəsində 13 amerikalı əsgərin ölümünə görə hədələyici tonda çıxış edib.

Gununsesi.info-nun məlumatına görə, Bayden partlayışlarla əlaqədar mətbuat konfransında deyib ki, Kabil hava limanındakı hadisənin qisasını alacağıq.

Xatırladaq ki, partlayışı İŞİD terror qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

Dünənki iki partlayış nəticəsində 13 ABŞ əsgəri və ən az 90 mülki şəxs həlak olub.