
Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli haqqında xəbər alına bilmir.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
İdarədən zəng edən əməkdaş Anar Əsədliyə xırda bir məsələni dəqiqləşdirmək üçün onun bir neçə dəqiqəlik idarəyə gəlməsini xahiş etsə də, Anar Əsədli 6 saatdan artıqdır ki, orada saxlanılır.
Gununsesi.info bildirir ki, bunu adıçəkilən partiya başqanının müavini Vasif İsmayıl deyib.
O sosial şəbəkə hesabında daha sonra əlavə edib:
“İndiyədək özü ilə əlaqə saxlamaq mümkün olmayıb. İdarədən də bizə hər hansı məlumat verilmir”.
Şəbnəm
Gununsesi.info