
Çində yaşayan bir adamın başına gələn eşidənləri çaşqınlığa uğradıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Xiayonq adlı adam gecə yatdıqdan sonra sabah oyandıqda qarnından musiqi səsləri gəldiyini eşidib.
Yuxuya getdikdən sonra musiqi dinləməyə davam etdiyini sanan Xiayonq səhər mahnı səsləri ilə oyanarkən qulaqlıqlarını itirdiyini düşünüb.
Uzun müddət qulaqlığın digər tayını axtarsa da, tapa bilməyən adam yenidən mahnı qoşaraq itirdiyi qulaqlığının səsinin gəlməsi ilə yerini bilmək istəyib.
Səsin qarnından gəldiyini eşitdikdə şok olan Çin vətəndaşı mədəsindən gələn səslərlə qulaqlığın digər tayının mədəsində olduğunun fərqini anlayıb.
Xəstəxanaya götürülən Xiayonq “rentgen” yoxlamasından sonra qulaqlığın qarnında olduğuna əmin olub.
Cərrahlar əməliyyatla onun aulaqlığını mədəsindən çıxarıblar. Xiayonq isə qulaqlığın qarnına necə getdiyini bilmədiyini söyləyib.
Tərcümə: Arzu S.