Ermənistan parlamentində dava - Video

Ermənistan parlamentində növbəti dəfə deputatlar arasında dava düşüb.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, parlamentin iclası zamanı müxalif deputat Taqui Tovmasyan çıxışını başa vurduqdan sonra tribunanı tərk etməkdən imtina edib. O, bununla siyasi aksiya keçirdiyini və ölkə rəhbərliyinə yalanlar səsləndirməyə imkan verməyəcəyini bildirib.

HTML tutorial

Parlamentin spikeri deputatın tribunadan kənarlaşdırılması üçün mühafizə xidmətinin əməkdaşlarına müraciət edib. Tovmasyan isə müxalif deputatları tribunaya çağırıb. Bunun ardınca tərəflər arasında mübahisə yaranıb.

 

Şəbnəm

Gununsesi.info