Biləsuvarda kütləvi dava: Xəsarət alanlar var

Biləsuvarda kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

HTML tutorial

Hadisə zamanı rayon sakinləri – 1984-cü il təvəllüdlü T.Nərimanov, 1973-cü il təvəllüdlü E.Hüseynov və 1982-ci il təvəllüdlü R.Abbasov xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Davanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info