Avropa Şurasının yaz sessiyası başlayıb

  • By arzu
  • 19 Aprel 2023 19:15

Avropa Şurasının yaz sessiyasının toplantısı başlayıb.

Gununsesi.info-nun iclasda iştirak edən əməkdaşı Pərviz Həşimlinin verdiyi məlumata görə, sessiyada Ukraynadakı Uşaq Hüquqları mövzusu toplantının əsas mövzularından biri olub.

HTML tutorial

İclasda Ukraynadakı vətəndaşların durumu, təbii fəlakətləri önləmək üçün siyasi straategiyalar haqqında fikir mübadiləsi edilib.

Fransanın Strasburq şəhərindəki yaz toplantısı zamanı Avropa Şurasının iclasına Ukraynanın Birinci xanımı Olena Zelenski virtual qatılaraq Ukraynadakı savaşla bağlı Rusiyanın müdaxiləsi ilə yerindən edilən körpələrin həyatlarından bəhs edib.

Eləcə də, AŞ PA-nın toplnatısı zamanı Türkiyə və Suriyada yaşanan zəlzələlərlə bağlı hesabatlar hazırlamaq və bunların nəticələrini analiz edərək çıxış yollarının aranması gündəm edilib.

AŞ PA-nın açıqlamasında bildirilir ki, may ayında İslandiyanın paytaxtında gerçəkləşdiriləcək dördüncü Avropa Şurası Zirvə Toplantısında millət vəkilləri İslandiyanın Prezidenti Qudni Tinin çıxışını dinləyəcəklər.

AŞ PA-nın yaz toplantısında insan haqları, ekologiya, demokratiya, qlobal ticarət, gənclik və media, milli konstitusiyalar kimi mövzular da müzakirə ediləcək.

 

Arzu Saydoğlu

Gununsesi.info