
Fransada Emmanuel Makronun təqaüd yaşı ilə bağlı təklif etdiyi qanuna etirazlar davam edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, küçələri etirazlarla alovlanan paytaxt Parisdə “Hörümçək adam” kimi tanınan Roberin 38 mərtəbəli binaya qoruyucu avadanlıqsız dırmaşması ölkəni gündəm olub.
Təqaüd yaşına etirazını 150 metrlik göydələnə dırmaşaraq edən Rober nümayişçilərə dəstəyini bildirib.
“Hörümçək adam” paytaxt Parisdəki Alto Göydələninə çıxaraq “Təqaüd islahatına qarşı çıxan hər kəsə dəstəyimi göstərmək üçün buradayam”, deyib.
Təqaüd yaşının qaldırılmasına qarşı etirazların simvoluna çevrilə biləcək Roberin bu addımı maraqla qarşılanıb.
Tərcümə: Arzu S.