Parlamentdə baş nazirə etiraz: Çıxışını kəsdilər

HƏMAS-ın girov saxladığı insanların ailələri İsrailin baş naziri Binyamin Netanyahu parlamentdə çıxış edərkən ona etiraz ediblər.

Gununsesi.info xəbər verir ki, parlamentdə çıxış edən İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada müharibənin davam edəcəyini və məhbusların evlərinə qayıtmaları üçün zamana ehtiyac olduğunu bildirib.

“Hərbi təzyiq olmadan 100-dən çox girovun azad edilməsini təmin edə bilməzdik”, – deyən Netanyahu, HƏMAS-la məhbus mübadiləsində 81 nəfərin, eləcə də müxtəlif razılaşmalar əsasında 100-dən çox əsirlərin İsrail qüvvələrinin hücumları sayəsində azad edildiyini bildirib.

Netanyahu Qəzzada əsirləri “hərbi təzyiqlə xilas etdiklərini, lakin bunun üçün zamana ehtiyacları var” dedikdə, parlamentdəki əsirlərin qohumu “vaxtımız yoxdur” deyərək, qışqıraraq etiraz edib.

Bunun üzərinə israilli məhbusların yaxınları Netanyahunun çıxışını “ahşav” (indi) şüarı ilə yatırıb və məhbusların dərhal evlərinə qayıtmasını tələb ediblər.

Gununsesi.info