
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı komandirlərindən biri Razi Musəvi İsrail ordusunun Dəməşq yaxınlığında keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Gununsesi.info xəbər verir ki, İranın yarı rəsmi dövlət xəbər agentliyi Tesnim-in məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən biri Dəməşq yaxınlığında raket hücumu nəticəsində öldürülüb.
Öldürülən iranlı komandirin Suriyada “hərbi müşavir” kimi xidmət etdiyi və 2020-ci ildə İraqda ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülən iranlı general Qasım Süleymaninin yaxın dostlarından biri olduğu bildirilirdi.
Gununsesi.info