
Fransanın şimalındakı “Gravelines” şəhərciyində yerləşən “Sportica” idman kompleksində güclü yanğın başlayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, alov kafe və basketbol idman zalını bürüyüb.
Yanğın zamanı iki yanğınsöndürənin yaralandığı bildirilir.
Qeyd edək ki, dekabrın 28-də idman kompleksində keçiriləcək olan basketbol matçı yanğın səbəbindən ləğv edilib.