Bu ölkə HƏMAS liderlərinə qarşı sanksiyalar tətbiq etdi

Yaponiya oktyabrda İsrailə hücumla bağlı HƏMAS-ın rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Sanksiya siyahısında HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı var.

Yaponiya, aşkar edilərsə, aktivlərin dondurulması da daxil olmaqla, onlara qarşı bir sıra tədbirlər görəcək.

Gununsesi.info