İsrailin həbs etdiyi fələstinlilərin sayı açıqlandı

İsrail təhlükəsizlik qüvvələri Tulkarm, Nablus, Ramallah, Bethlehem, Əl-Xəlil və Şərqi Qüdsdə daha 35 fələstinlini saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Cəmiyyəti və Fələstin Azadlıq Təşkilatının Fələstinli Əsirlər Komitəsinin birgə məlumatında deyilir.

Belə ki, hesabata görə, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana həbs olunan fələstinlilərin sayı 4730 nəfərə çatıb.

Həmçinin qeyd olunur ki, fələstinlilər və onların ailə üzvləri hərbçilərin döyülməsi və təhdidlərinə məruz qalıb, əmlaklarına ziyan dəyib.

Fələstinli Məhbuslar Cəmiyyətinin məlumatına görə, bu statistikaya İsrail qüvvələri tərəfindən həbs olunduqdan bir müddət sonra azad edilən fələstinlilər də daxildir.

Hesabatda noyabrın sonuna olan məlumata görə, İsrail həbsxanalarında saxlanılan fələstinlilərin sayı 7,8 min nəfərə yüksəlib.

Oktyabrın 7-də blokadada olan Qəzza zolağına kütləvi hücumlar başlayandan bəri İsrail fələstinlilərə qarşı təqiblərini gücləndirib. Hərbçilər işğal olunmuş Fələstin ərazilərində aktiv reydlər və həbslər həyata keçirir.

Gununsesi.info