Sərxoş sürücülərin maşınlarını Ukraynaya bağışladılar

Latviyada sərxoş olduğu müəyyən edilən sürücülərə məxsus 271 avtomobilin Ukraynaya bağışlandığı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, “Delfi” xəbər portalının məlumatına görə, Latviya parlamenti fevralın 16-da sərxoş sürücülərin avtomobillərinin götürülərək Ukraynaya bağışlanmasına icazə verən qanun layihəsini qəbul edib.

Qanunun qüvvəyə mindiyi gündən ələ keçirilən 903 min 453 avro dəyərində 271 avtomobil Ukraynaya gətirilib, 34 avtomobilin isə yaxın vaxtlarda göndərilməsi gözlənilir.

Gununsesi.info