Macarıstandan Ukrayna AÇIQLAMASI: “Avropa İttifaqı dəhşətli səhv etmək üzrədir”

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı çıxmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban ölkəsinin bu gün və cümə günü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək ilin son Aİ Sammitindən əvvəl Ukraynanın Aİ-yə üzvlük müzakirələrinə başlamasına qarşı mövqeyini davam etdirəcəyini bildirib.

Ukraynanın məqsədinin Aİ-yə tam üzv olmaqdansa strateji tərəfdaşlıq olması lazım olduğunu vurğulayan Orban, Macarıstanın Ukraynanın danışıqlara başlamasına razılıq verməyəcəyi üçün Ukraynanın birliyə üzvlük məsələsinin bu həftə keçiriləcək Aİ Sammitinin gündəmindən çıxarılması lazım olduğunu bildirib.“Avropa İttifaqı dəhşətli səhv etmək üzrədir. Birliyin 26 üzvünün hamısı belə bir səhvə yol verməli olsa belə, bu səhvin qarşısını almalıyıq”, – Orban deyib.

Ukraynaya “strateji ortaqlıq” təklif edilməsi lazım olduğunu müdafiə edən Orban, “Ukraynaya dəstək vermək istəyiriksə, geostrateji siqnal verək Amma bu, üzvlük ola bilməz” deyib.

Macarıstanın Aİ-dən çıxma ehtimalına toxunan Orban ittifaqdan çıxmaq istəmədiyini, “əvəzində Brüsselə hakim olmağı və bütün Avropanın Macarıstan kimi olmasını üstün tutacağını” bildirib.

Gununsesi.info