
Ermənistana qayıtmaq istəməyən, Qarabağda seperatçıların qondarma rejimində idarəçi olan, siyasi hadisələrdə fəal rol alan bəzi şəxslərin üçüncü ölkələrə getdiyi iddia edilib.
30 illik işğaldan sonra özünü ləğv etdiyini elan edən Ermənistanın nəzarətində olan qondarma “Dağlıq Qarabağ Respublikası” mövcud olmağı dayandırıb. Azərbaycanın himayəsində yaşamaq istəməyən və Ermənistanın baş naziri Paşinyanla müəyyən problemləri olan bəzi ermənilərin üçüncü ölkələrə qaçdığı iddia edilir.
Gununsesi.info xəbər verir ki, Rusiya və Avrasiya üzrə ekspert Dr. Sabir Əsgəroğlu Qarabağdakı son vəziyyəti, Fransanın müdafiə naziri Sebastyan Lekornunun İHA-ya verdiyi açıqlamaları və digər iddiaları dəyərləndirib.
90-cı illərdə Qarabağda zülmdə iştirak edən bəzi ermənilərin Batumi vasitəsilə üçüncü ölkələrə qaçması iddiasını dəyərləndirən Əsgəroğlu bildirib ki, Qarabağda “idarəçi” olmuş, siyasi hadisələrdə fəal rol oynayan bəzi simaların da Paşinyanla ciddi problemləri var. “Azərbaycanın nəzarətinə keçən Qarabağ bu insanları qərar verməyə məcbur etdi. Ya Ermənistana gedin və Paşinyan hökuməti tərəfindən repressiya olunsun və ya həbs olunsun, ya da Qarabağda qalıb, Azərbaycan hakimiyyəti tərəfindən mühakimə olunsun. Bəzi fiqurların Azərbaycana təslim olduğu məlumdur. Üçüncü variant isə sözügedən Qarabağ ermənilərinin üçüncü ölkələrə getməsidir. Bu səbəbdən də Azərbaycanın nəzarətində olan Qarabağda və Ermənistanda qalmaq istəməyən ermənilərin müxtəlif ölkələrə getdiyini düşünmək olar”, – deyə o bildirib.
Fransanın müdafiə naziri Sebastian Lekornunun “Ermənistanın müdafiə ehtiyacları üzərində işləyirik” açıqlaması ilə bağlı Əsgəroğlu qeyd edib ki, “Fransa Ermənistanla hər sahədə daha yaxın əlaqələri inkişaf etdirmək üçün yollar axtarır: “Oktyabrın 3-də Fransanın xarici işlər naziri İrəvana səfər edəcək. Qafqazda yeni geosiyasi proses gedir. Ermənistan xarici siyasətində ciddi dəyişikliklər etməyə çalışır. Ermənistan Rusiyanın təsirindən çıxmaqla öz təhlükəsizliyini təmin edəcək yeni xarici tərəfdaş axtarır. Bu səbəbdən Fransa yarana biləcək bu boşluğu doldurmaq istəyir. Məlumdur ki, Fransanın Ermənistanla uzun müddətdir ki, daha sıx əlaqələri var. Bu əlaqələrdən istifadə edərək Ermənistanda nüfuz sahibi olmağa çalışır. Ermənistan vasitəsilə Qafqazın həlledici ölkələrindən birinə çevrilməyin yollarını axtarır. Ermənistan da Fransa kimi qərbli və nüfuzlu bir ölkənin ona dəstək verməsini istəyir. Bu kontekstdə iki ölkənin maraqları üst-üstə düşür”.
Əsgəroğlu Qarabağın gələcəkdə Azərbaycanın nəzarəti və təşəbbüsü çərçivəsində inkişaf edəcəyini vurğulayaraq, deyib ki, “Çox güman ki, bölgədəki ermənilərin çoxu Azərbaycanın suverenliyi altında yaşamaq istəməyərək oranı tərk edəcək. “Qarabağ kitabı bağlanmaq üzrədir. Rusiyanın sülhməramlı amili də var. Rusiyanın regionda sülhməramlı qüvvələri vasitəsilə edə biləcəyi çox şey yoxdur. “Bu səbəbdən ondan uzaqlaşan Ermənistana qarşı Azərbaycanla yaxşı münasibət saxlamaq üçün Bakı ilə güzəştə gedəcək”, – deyə o bildirib.
Əsgəroğlu İranın Zəngəzur dəhlizi layihəsinin qarşısını almağa çalışdığını bildirib və belə davam edib:
“İran Zəngəzur dəhlizinin açılmasının onun geosiyasi maraqlarına zidd olacağını düşünür və Türkiyənin bölgədəki təsirinin daha da artacağından narahatdır. Lakin Ermənistan belə bir qərar verərsə, İranın çox işi qalmayacaq. Zəngəzur dəhlizinin açılması Ermənistanın da marağındadırsa və bu dəhliz ona iqtisadi imkanlar təqdim edirsə, İran bunun qarşısını ala bilməz. O, belə bir cəhd etsə, həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyədən reaksiyalara səbəb olacaq”.