Qəbələdəki Cotari kilsəsində Pasxa bayramı qeyd edilib

Bu gün Qəbələ rayonunun Nic qəsəbəsində Pasxa bayramı təntənəli şəkildə qeyd olunur.

Gununsesi.info-nun Qəbələ rayonunun Nic qəsəbəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bayram tədbiri Müqəddəs Yelisey adına Cotari kilsəsində baş tutub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Alban-Udi, yəhudi, xristian, müsəlman icmalarının nümayəndələri iştirak ediblər.

Din adamları Pasxa bayramı ilə əlaqədar ayinlər keçirib, dualar oxuyublar. Onlar ibadətlərini və dini bayramlarını keçirmələri üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, Azərbaycan dövlətinə təşəkkür ediblər.

Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar gün ərzində insanların Cotari kilsəsinə axını davam edir.

Gununsesi.info