İsrail ordusu Rəfahda “məhdud əməliyyat” elan edib: Fələstinlilər ərazini tərk etməlidir

  • By admin
  • 06 May 2024 11:32

İsrail fələstinlilərdən gözlənilən quru əməliyyatından əvvəl Rəfahın bəzi ərazilərini müvəqqəti olaraq boşaltmağı xahiş edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə İsrail mediası yazıb.

Bildirilir ki, İsrail ordusu (IDF) Rəfah sakinlərinin “məhdud əhatəli” əməliyyat üçün Qəzzanın cənubundakı şəhəri boşaltmasını istədiyini açıqlayıb.

Ordu Rəfahın şərq hissəsindəki fələstinliləri yaxınlıqdakı “humanitar zonaya” getməyə çağırıb.

İDF öz bəyanatında qeyd edib ki, evakuasiya çağırışını “elanlar, mətn mesajları, telefon zəngləri və ərəb mediası yayımları” vasitəsilə edib.

Günay

Gununsesi.info