Bolqarıstan Türkiyənin Avropa Birliyinə üzvlüyünə dəstəyini açıqladı

  • By arzu
  • 22 Avqust 2023 14:11

Bolqarıstan Türkiyənini Avropa Birliyinə dəstəyini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Xarici İşlər Naziri mətbuat toplantısında bildirib.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla ortaq mətbuat toplantısı keçirən Bolqarıstanın XİN başçısı Mariya Qabriel ölkəsinin rəsmi Ankaranın Avropa Birliyi prosesinə dəstəyini bildirib.

“Bolqarıstan, bir üzv olaraq Ankaranın Avropa yolundakı bu cəhdini dəstəkləməkdədir”, – deyə Bolqarıstanın XİN başçısı Mariya Qabriel söyləyib.

Xatırladaq ki, Türkiyə uzun müddətdir ki, Avropa Birliyinə üzv olmaq istəsə də, qurum çeşidli bəhanələrlə Ankaranı üzvlüyə qəbul etmir.

 

Tərcümə: Arzu

Gununsesi.info