
Özbəkistan “Taliban”la razılaşma və qaçqınların özlərinin istəkləri əsasında 150 qaçqını Əfqanıstana geri göndərib.
Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Taliban” qiyamçıları Əfqanıstanı ələ keçirərkən nə qədər əfqanıstanlının Özbəkistana keçdiyi bəlli deyil.
Daşkənd hökuməti Əbdül Rəşid Dostum kimi yüksək səviyyəli əfqanıstanlı şəxslərin qaçqınlar arasında olması barədə xəbərlər təkzib edib.
Gununsesi.info