
NATO ölkələrinin xarici işlər nazirləri iclasdan sonra Alyansın Baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirib.
Gununsesi.info xəbər verir ki, Stoltenberq Türkiyənin Kabildəki havalimanında təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını bildirib.
O qeyd edib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırsa da, hava limanında təhlükəsizliyə dəstək verir.
Stoltenberq Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki rol oynadıqlarına görə Türkiyə, ABŞ, Britaniya və Azərbaycana təşəkkürünü bildirib.
“Xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rol oynadıqlarına görə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana da minnətdarıq”, – deyə o qeyd edib.
Gununsesi.info